Trampa narkobaronların siyahısı verilib | VİDEO

   Trampa narkobaronların siyahısı verilib    | VİDEO
  04 Fevral 2026    Oxunub:897
Kolumbiya prezidenti Qustavo Petro birgə mühakimə olunması üçün ölkədən kənarda yaşayan narkobaronların adlarının siyahısını Amerika lideri Donald Trampa təqdim edib.
AzVision.az xəbər verir ki, Kolumbiya prezidentinin sözlərinə görə, transmilli narkotik ticarətinə qalib gəlmək üçün ilk növbədə bu cinayət zəncirlərinin rəhbərləri tutulmalıdır.

“Narkotik ticarətinin ön cəbhəsi Kolumbiyada yox, Dubay, Madrid və Mayamidədir. Bunlar bossların bosslarıdır. Mən prezident Trampa onların adlarını çəkdim”, - Qustavo Petro fevralın 3-də Vaşinqtonda Ağ Ev rəhbəri ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Bu narkobaronların pullarının Kolumbiyadan kənarda olduğuna diqqət çəkən Qustavo Petro müxtəlif ölkələrin kəşfiyyat orqanları ilə birlikdə onların təqib edilməsinə çağırıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Kolumbiya   narkobaronlar  



Xəbər lenti